2022-ci ilin yanvar-sentyabr aylarında Rusiyadan Türk limanlarına 51 milyon 318 min 252 ton yük daşınıb.
“İki sahil” xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər Rusiyadan limanlara 2 milyon 314 min 171 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 39 milyon 341 min 318 ton yük çatdırıb. Bu müddət ərzində Rusiya bayraqlı gəmilərlə Türkiyə limanlarına 9 milyon 662 min 763 ton yük çatdırılıb. 2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyə limanlarına Rusiyadan 1 milyon 988 min 490 ton tranzit yük daşınıb.
Qeyd edək ki, 2022-ci ilin sentyabr ayında Türkiyə limanları 31 milyon 992 min 434 ton yük qəbul edib. Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 209 min 770 ton təşkil edib. Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 29 milyon 712 min 664 ton olub. Bununla yanaşı, 2022-ci ilin sentyabr ayında Türkiyə limanlarından 6 milyon 635 min 624 ton transit yük daşınıb.
Nazirlikdən verilən məlumata görə, 2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyə limanları 269 milyon 575 min 687 ton yük qəbul edib. 2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 21 milyon 336 min 880 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 275 milyon 238 min 807 ton təşkil edib.
Məlumatda bildirilib ki, 2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyə limanlarından 60 milyon 674 min 882 ton transit yük daşınıb.
Monakoda beynəlxalq toplantıda Azərbaycanın şərabçılıq, üzümçülük ənənələri barədə məlumat verilib
Azərbaycan İƏT çərçivəsində nəqliyyat, enerji və rəqəmsallaşma sahələrində əməkdaşlığı müzakirə edib - FOTO