27 oktyabr 2022 16:13
488

Nazir müavini: Bakı-Naxçıvan reysi üçün ödənilən 60 manat AZAL-ın xərclərini ödəmir

Bu gün Bakıdan Naxçıvana 10-dan artıq uçuş yerinə yetirilir.

“İki sahil” xəbər verir ki, bunu nazir müavini Rəhman Hümmətov deyib.

"Vətəndaşlar ödəniş üçün xərclədiklər 60 manata görə narazılıqlar edirlər. Lakin 60-70 manat AZAL-ın xərclərini ödənmir. Çünki xərclər bundan çoxdur", - deyə nazir müavini bildirib.