27 oktyabr 2022 16:44
1061

Goranboyda şəhid ailələri ziyarət olunub - FOTO

Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayonu Goranlı kəndində şəhid İxtiyar Əliyevin evində olub, ailənin qayğıları ilə maraqlanıb.

“İki sahil” xəbər verir ki, görüşdə rayon ağsaqqalları və ziyalıları, şəhid ailələri iştirak edib.

Şəhidlərin ailə üzvləri ilə keçirilən görüşdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın şanlı Qələbəsi ilə başa çatan Vətən müharibəsinin ildönümünün qalib xalqımız tərəfindən qürur və fəxarətlə qeyd olunduğu, dövlətimizin başçısının və Birinci vitse-prezident Mehriban Əliyevanın hər zaman şəhid ailələrinə və müharibə əlillərinə xüsusi diqqət və qayğı göstərdiyi vurğulanıb.

Həyatı və döyüş yolu hörmətlə xatırlanan şəhidin ailə üzvləri də onlara göstərilən hərtərəfli dövlət qayğısına görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.