Dövlət-özəl tərəfdaşlığının əsas prinsipləri müəyyənləşir.
“İki sahil” xəbər verir ki, bu, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, dövlət-özəl tərəfdaşlığı aşağıdakı prinsiplər əsasında həyata keçiriləcək:
- qanunun aliliyi;
- azad rəqabətin qorunması;
- şəffaflıq və səmərəliliyin artırılması;
- iddiaçıların hüquq bərabərliyi;
- tərəflər arasında maraq və risk balansının qorunması.
Dövlət-özəl tərəfdaşlığı layihələri Azərbaycan Respublikasının qanunları ilə qadağan olunmayan mənbələr hesabına maliyyələşdiriləcək. Dövlət-özəl tərəfdaşlığı layihəsində dövlətin iştirak forması və üsulları səlahiyyətli orqan tərəfindən dövlət-özəl tərəfdaşlığı layihəsinin texniki-iqtisadi əsaslandırılmasına əsasən müəyyən ediləcək və müsabiqənin şərtlər toplusunda qeyd olunacaq. Dövlət-özəl tərəfdaşlığı layihəsində dövlətin iştirak forması və üsulları (səlahiyyətli orqanın razılığı əsasında iqtisadi və (və ya) maliyyə əsaslandırmaları olduğu hallar istisna olmaqla) dövlət-özəl tərəfdaşı müqaviləsinin bağlanılmasından sonra dəyişdirilə bilməz. Dövlət-özəl tərəfdaşlığı ilə bağlı dövlət öhdəliyinin yuxarı həddi hər layihə üzrə səlahiyyətli orqan tərəfindən müəyyən ediləcək.
Monakoda beynəlxalq toplantıda Azərbaycanın şərabçılıq, üzümçülük ənənələri barədə məlumat verilib
Azərbaycan İƏT çərçivəsində nəqliyyat, enerji və rəqəmsallaşma sahələrində əməkdaşlığı müzakirə edib - FOTO