“Artıq qaçılmaz reallıq ondan ibarətdir ki, bu gün bizim əsas sərmayələrimiz azad olunmuş ərazilərin bərpasına yönəlib”.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, bu da təbii olaraq hökumətin digər vacib infrastruktur layihələrinin həyata keçirilməsi üçün maliyyə tələbatını artırır, müəyyən mənada təzyiq yaradır: “Bu qanun layihəsindən gözlənti ondan ibarətdir ki, digər infrastruktur layihələrinin maliyyələşməsinə kömək edəcək və birbaşa dövlət maliyyələşməsindən asılılığı kifayət qədər azaldacaq. Bu gün beynəlxalq aləmdə kifayət qədər çalxalanmalar olur, 2020-ci ildə pandemiya olub. 2022-ci ilin oktyabr ayının sonuna həm Dövlət Gömrük Komitəsinin, həm də Dövlət Vergi Xidmətinin xətti ilə mədaxil proqnozunu artırmışıq. Bu mənada biz uzunmüddətli baxışa üstünlük verdikdə, dövlət maliyyələşməsinin asılılığından ictimai əhəmiyyət daşıyan layihələrin sürətini azaldır”.
Monakoda beynəlxalq toplantıda Azərbaycanın şərabçılıq, üzümçülük ənənələri barədə məlumat verilib
Azərbaycan İƏT çərçivəsində nəqliyyat, enerji və rəqəmsallaşma sahələrində əməkdaşlığı müzakirə edib - FOTO