28 oktyabr 2022 12:53
417

Özəl tərəfdaşlarla layihədə dövlətin payı 49%-dən çox olmayacaq

“Dövlət-özəl tərəfdaşlığı zamanı dövlət hətta səhmdar da ola bilər. Amma bu pay layihədə 49 %-dən çox olmamalıdır”.

“İki sahil” xəbər verir ki,  bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, dövlət ümumiyyətlə, layihədə sərmayəçi, səhmdar olmaya da bilər.