SOCAR sosial şəbəkələrdə yayılan ekran görüntüsünə (screenshot) aydınlıq gətirib.
“İki sahil” xəbər verir ki, SOCAR bununla bağlı paylaşım edib.
Paylaşımda qeyd olunur:
“Hörmətli izləyicilər,
Son günlər sosial şəbəkələrdə SOCAR-ın rəsmi internet saytı ilə heç bir əlaqəsi olmayan ekran görüntüsü (screenshot) paylaşılır.
Qeyd etmək istəyirik ki, yeni istifadəyə verilmiş saytımızın ingilis dilində versiyası hazırlanır və ictimaiyyətə noyabr ayının sonuna qədər təqdim olunması nəzərdə tutulur.
Sosial şəbəkələrdə paylaşılan şəkil (screenshot) isə “Google Chrome” brauzerinin avtomatik tərcümə funksiyası vasitəsilə edilib və şirkətimizə heç bir aidiyyəti yoxdur.”
Macarıstanlı tələbələr və çinli professor və doktorantlar SOCAR-ı ziyarət ediblər
SOCAR-ın təşkilatçılığı ilə “Vətən müharibəsi qəhrəmanları ilə bir gün” adlı layihə həyata keçirilib