28 oktyabr 2022 16:43
554

"PAŞA Bank"dan Mərkəzi Banka daha bir transfer olub

Azərbaycan Mərkəzi Bankında (AMB) kadr dəyişikliyi olub.

“İki sahil” AMB-yə istinadla xəbər verir ki, Mərkəzi Bankın daxili audit departamentinin yeni direktoru Elçin Əlizadə təyin edilib.

O, bu vəzifədə Şakir Heydərovu əvəzləyib. Bundan əlavə, Elnur Məmmədov əməliyyat riskləri şöbəsinin rəisi təyin edilib.

Qeyd edək ki, Elçin Əlizadə bundan əvvəl "PAŞA Bank"ın Maliyyə İdarəedilməsi departamentinin direktoru olub.