Moldova Kütləvi İnformasiya Vasitələrində, o cümlədən böyük izləyici auditoriyasına malik olan TV8 və JURNALTV kanallarında Azərbaycanın Ermənistan tərəfinə təqdim etdiyi gələcək sülh müqaviləsinin əsas elementlərinə geniş yer ayrılıb.
"İki sahil" xəbər verir ki, məqalələrdə Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədovun sözlərinə istinad edilərək, ölkəmizin sülh gündəliyinə sadiq olduğu bildirilir: “Bildiyiniz kimi, bu ayın əvvəlində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Cenevrədə sülh məsələləri ilə bağlı ilk görüşü baş tutub. Bu görüşdə Azərbaycan tərəfi qarşı tərəfə gələcək sülh müqaviləsinin əsas elementlərini açıqlayıb. Hazırda biz bu əsas elementlərlə bağlı Ermənistandan ilkin rəy və cavab gözləyirik”.
Məqalələrdə, həmçinin Elnur Məmmədovun noyabrda planlaşdırılan delimitasiya üzrə komissiyanın iclasının keçirilməsi barədə açıqlamasına diqqət yetirilib.
Prezident İlham Əliyevin Naxçıvana səfəri Gürcüstan mətbuatının diqqət mərkəzində olub
Naxçıvan Azərbaycan xalqına dahi şəxsiyyət Heydər Əliyev kimi Ulu Öndər bəxş edib