29 oktyabr 2022 09:50
453

Neftimiz ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 28-də 96,61 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,06 dollar/barel azdır.

“İki sahil” xəbər verir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 94,45 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,06 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 68,45 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 1,09 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 94,03 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,98 dollar/barel azdır.