29 oktyabr 2022 13:28
565

TAP vasitəsilə Yunanıstan və İtaliyaya qaz nəqlinin həcmi açıqlanıb

Trans-Adriatik qaz kəməri (TAP) Yunanıstan və İtaliyaya tədarükün təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verir və Rusiya qazının azalmış idxalını əvəz etməyə imkan yaradır.

“İki sahil” xəbər verir ki, bu barədə bu həftə TAP-ın səhmdarlarından olan İspaniyanın "Enagas" şirkətinn hesabatında deyilir.

"TAP vasitəsilə sentyabrın 30-dək Avropaya 7,9 milyard kubmetr qaz tədarük olunub. Bunun 7 milyard kubmetri İtaliyaya, 0,9 milyard kubmetri Yunanıstana nəql edilib. Həmin göstəricilər müvafiq olaraq İtaliyanın qaz tələbatının 15 faizini, Yunanıstanın isə 20 faizini təmin edib", - hesabatdan deyilir.