Gürcüstanda səfərdə olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) İdarə Heyətinin sədri Samir Axundov “Energy Exemplar” şirkətinin Cənub-Şərqi Avropa və Afrika üzrə Regional direktoru Dion Murrell-King ilə görüşüb.
AERA-dan "İki sahil"ə verilən məlumata görə, görüşdə “Energy Exemplar” şirkəti tərəfindən elektrik, qaz və su sistemləri üzrə modelləşdirmə imkanlarına malik “Plexos” simulyasiya proqramının təqdimatı keçirilib.
Daha sonra sözügedən proqramın əhəmiyyəti, eləcə də əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi yönündə müzakirələr aparılıb.
Monakoda beynəlxalq toplantıda Azərbaycanın şərabçılıq, üzümçülük ənənələri barədə məlumat verilib
Azərbaycan İƏT çərçivəsində nəqliyyat, enerji və rəqəmsallaşma sahələrində əməkdaşlığı müzakirə edib - FOTO