Bu gün Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Cahit Bağçının rəhbərlik etdiyi nümayəndə heyəti Quba rayonuna səfər edib.
“İki sahil” xəbər verir ki, səfər çərçivəsində qonaqlar, Quba Rayon İcra Hakimiyyəti başçısı Ziyəddin Əliyev və RİHB aparatının məsul şəxsləri İqrığ kəndində türk şəhidlərinin məzarını, Quba rayon Şəhidlər Xiyabanı ziyarət edib. Nümayəndə heyəti Quba Soyqırımı Memorial Kompleksini və Azərbaycan - Türkiyə Qardaşlıq Parkını ziyarət ediblər.
Səfir Aşağı Atuc kəndində “Guba Agro” MMC və “Cənnət” MMC-nin istehsal sahələri və nümunəvi alma bağı ilə tanış olub.
Prezident İlham Əliyevin Naxçıvana səfəri Gürcüstan mətbuatının diqqət mərkəzində olub
Naxçıvan Azərbaycan xalqına dahi şəxsiyyət Heydər Əliyev kimi Ulu Öndər bəxş edib