31 oktyabr 2022 11:00
542

Kürdəmirdə Yunan-Roma və sərbəst güləş üzrə qrup mərhələsinin yarışları keçirilib - FOTO

Kürdəmir Olimpiya İdman Kompleksində Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyinə həsr edilmiş Yunan-Roma və sərbəst güləş üzrə qrup  mərhələsinin yarışları keçirilib.

“İki sahil” xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin parkda ucaldılmış abidəsini ziyarət ediblər.

Silsilə tədbirlərin davamı olaraq 15 rayon komandalarının iştirakı ilə qrup mərhələsinin oyunları keçirilib.

Yarışı Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının  müavini Ağali Kərimli açaraq  qonaqları salamlayaraq, yarış qaydaları barədə məlumat verib.

Azərbaycanın Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Yarışda  “C” qrupunda Yunan – Roma güləşi üzrə Ağcabədi, Lerik, Bərdə, Cəlilabad, Sabirabad, Beyləqan, Füzuli, Hacıqabul və Kürdəmir komandaları 67, 72 və 77 kq çəki dərəcələrində,   “İ” qrupunda  isə   Sərbəst güləş üzrə Şirvan, Salyan Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Beyləqan, Xocavənd, İsmayıllı və Kürdəmir  komandaları 65,70 və 74 kq çəki dərəcələrində öz güclərini sınayıblar.

Gərgin keçən mübarizə şəraitində  Yunan – Roma güləşi üzrə 67  kq çəki dərəcəsində Hacıqabul  rayonunun güləşçisi Həsənli Mirsirac  I ci yerə,  72 kq çəki dərəcəsində Beyləqan  rayonunun güləşçisi Mehdiyev Cəsur  I yerə, 77 kq çəki dərəcəsində Füzuli  rayonunun güləşçisi Əlizadə Vüsal  I yerə layiq görülüblər.

Sərtbəst güləş üzrə isə 65  kq çəki dərəcəsində Şirvan şəhərinin güləşçisi Abdullayev Əliağa I  yerə,  70  kq çəki dərəcəsində Salyan   rayonunun güləşçisi Nağızadə Samir   I yerə, 74 kq  çəki dərəcəsində Hacıqabul   rayonunun güləşçisi Mehdiyev Fərid   I yerə çıxıb.

I yeri tutmuş güləşçilər Bakı şəhərində keçiriləcək  növbəti final mərhələsinə   vəsiqə qazanıblar.