31 oktyabr 2022 14:01
868

"SOCAR Polymer"in ixrac gəlirləri 15%-dən çox azalıb

2022-ci ilin yanvar-sentyabr aylarında "SOCAR Polymer" MMC-nin ixrac gəlirləri 146,3 milyon dollar təşkil edib.

"İki sahil" “İxrac icmalı”nın avqust sayına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 15,1% və ya 26,1 milyon dollar azdır.

Belə ki, MMC 2021-ci ilin doqquz ayında 172,4 milyon dollarlıq məhsul ixrac etmişdi.