Avrozona ölkələrində inflyasiyanın orta göstəricisi rekord həddə çataraq 10,7 faizə bərabər olub.
“İki sahil” xəbər verir ki, bu barədə bazar ertəsi "Eurostat" Avropa statisika qurumu bildirib.
Qeyd olunub ki, avrozonada ən yüksək inflyasiya 20 faizdən çox göstərici ilə Baltikyanı ölkələrdə (Litva, Latviya, Estoniya) qeydə alınıb.
Hesabata əsasən, avrozonada enerji daşıyıcıları 41,9 faiz, ərzaq məhsulları isə 13,1 faiz bahalaşıb.
Hazırkı inflyasiya göstəriciləri Avropa Mərkəzi Bankının hədəf göstəricilərini 5 dəfə üstələyib.
Monakoda beynəlxalq toplantıda Azərbaycanın şərabçılıq, üzümçülük ənənələri barədə məlumat verilib
Azərbaycan İƏT çərçivəsində nəqliyyat, enerji və rəqəmsallaşma sahələrində əməkdaşlığı müzakirə edib - FOTO