Azərbaycanda 2023-cü ildə əmək yarmarkalarına 17 min boş iş yerinin çıxarılacağı və 1 000 nəfərin işlə təmin ediləcəyi gözlənilir.
“İki sahil” xəbər verir ki, bu barədə Hesablama Palatasının Fondun 2023-cü il büdcəsinə verdiyi rəydə bildirilir.
Sənədə əsasən, bunlar, 2022-ci ilin təsdiq olunmuş proqnozları ilə müqayisədə 92,1 % və 2 dəfə çoxdur.
Xatırladaq ki, bu ilin I yarısında Azərbaycanda əmək yarmarkalarına 4 430 boş iş yeri çıxarılıb və 232 nəfər işlə təmin edilib. Ötən il isə yarmarkalarda 1 274 boş iş yeri vasitəsi ilə 179 nəfər iş tapıb.
Monakoda beynəlxalq toplantıda Azərbaycanın şərabçılıq, üzümçülük ənənələri barədə məlumat verilib
Azərbaycan İƏT çərçivəsində nəqliyyat, enerji və rəqəmsallaşma sahələrində əməkdaşlığı müzakirə edib - FOTO