01 noyabr 2022 15:54
337

Türkiyə limanlarına 23 milyon tona yaxın xam neft daşınıb

2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyə limanları 23 milyon 589 min 649 ton xam neft qəbul edib.

“İki sahil” xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara xam neft qəbulu 1 milyon 513 min 556 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə xam neft daşınması 22 milyon 76 min 93 ton olub”, - deyə nazirlikdən bildirilib. Bununla yanaşı, 2022-ci ilin yanvar-sentyabr ayında Türkiyə limanlarından transit yolu ilə 36 milyon 608 min 965 ton xam neft daşınıb.

Qeyd edək ki, 2022-ci ilin sentyabr ayında Türkiyə limanları 31 milyon 992 min 434 ton yük qəbul edib.

“2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 2 milyon 209 min 770 ton təşkil edib. digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 29 milyon 712 min 664 ton olub”, - deyə məlumatda qeyd edilib.

Məlumatda bildirilib ki, 2022-ci ilin sentyabr ayında Türkiyə limanlarından 6 milyon 635 min 624 ton transit yük daşınıb. 2021-ci ildə Türkiyə limanları 386 milyon 396 min 718 min ton yük qəbul edib. Göstərilən dövrdə Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 29 milyon 999 min 196 min ton təşkil edib.

2021-ci ildə digər ölkələrin bayraqları altında üzən gəmilərlə Türkiyə limanlarına yük daşıma 356 milyon 397 min 522 min ton təşkil edib. Bundan əlavə, ötən il Türkiyə limanları 78 milyon 8 min 944 ton tranzit yük daşıyıb.