01 noyabr 2022 16:17
347

Mərkəzi Bankın valyuta ehtiyatları oktyabrda 2 % artıb

Bu günə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 7 milyard 803 milyon ABŞ dolları təşkil edib.

“İki sahil” quruma istinadən xəbər verir ki, bu, oktyabrın 1-i ilə müqayisədə 2 % çoxdur.

AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən və son 1 ildə 11 % artıb.