02 noyabr 2022 10:05
463

Avropada qazın qiyməti 1 200 dollardan aşağı enib

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 200 ABŞ dollarından aşağı səviyyədə qərarlaşıb.

“İki sahil” xəbər verir ki, 1 noyabr tarixində dekabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 189,2 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 5,8% azdır.