“Azərbaycan “yaşıl enerji"yə keçid üçün bütün lazımi tədbirləri görür”.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Baş nazirinin müavini Əli Əhmədov BMT-nin “DİM Dialoqları” təşəbbüsü çərçivəsində keçirilən “Azərbaycanda Yaşıl Transformasiya” konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycan “yaşıl keçid”ə çox ciddi yanaşır: "Bununla bağlı artıq bir çox tədbirlər həyata keçirilib və gələcəkdə bu istiqamətdə hələ daha çox işlər görülməlidir".
O bildirib ki, Azərbaycan beynəlxalq layihələrdə, o cümlədən BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədləri (DİM) istiqamətində həyata keçirilən layihələrdə iştirak edir.
Monakoda beynəlxalq toplantıda Azərbaycanın şərabçılıq, üzümçülük ənənələri barədə məlumat verilib
Azərbaycan İƏT çərçivəsində nəqliyyat, enerji və rəqəmsallaşma sahələrində əməkdaşlığı müzakirə edib - FOTO