02 noyabr 2022 13:23
795

SOCAR 2030-cu ilədək enerji ehtiyatlarının tam təmiz hasilatına nail olmağı planlaşdırır

SOCAR 2030-cu ilədək enerji ehtiyatlarının tamamilə təmiz hasilatına nail olmağı planlaşdırır.

“İki sahil” xəbər verir ki, bunu bu gün SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədov "Azərbaycanda "yaşıl" transformasiyanın sürətləndirilməsinin yeni üsullarının müəyyən edilməsi" panel sessiyasında deyib.

Onun sözlərinə görə, şirkət sızmaların qarşısının alınmasına yönəlmiş bütün zəruri işləri həyata keçirib.

"Bu proqram təkcə sızmaların qarşısının alınmasına deyil, həm də ətraf mühitin müdafiəsinə yönəlib. Biz həm də 2030-cu ilədək karbon tullantılarının, eləcə də iqlim dəyişiklikləri kontekstində təsirlərin azaldılması üzrə tədbirləri nəzərdə tutan strategiya qəbul etmişik", - deyə o bildirib.

Vitse-prezident qeyd edib ki, SOCAR dizel və benzin yanacağı istehsalında tullantıların emissiyasını əhəmiyyətli dərəcədə azaldıb.

"Şirkətimiz bərpa olunan enerji mənbələrinin tətbiqinə başlayıb və "yaşıl" transformasiya üzrə işlər davam etdiriləcək", - o deyib.