Özbəkistanın paytaxtı Daşkənddə 18-ci Beynəlxalq “Nəqliyyat və Logistika - TransLogistica Özbəkistan 2022” sərgisi keçirilir.
“ADY Konteyner” MMC-dən “İki sahil”ə verilən məlumata görə, sərgidə CASCA + multimodal nəqliyyat marşrutu ayrıca stendlə çıxış edir. Marşrut üzrə iştirakçı ölkələrin dəmir yolları operatorları - “ADY Konteyner” MMC, “Qırğızıstan Dəmir Yolları”, “Özbəkdəmiryolekspedisiya”, “Türkmənistan Nəqliyyat-Logistika Mərkəzi”, “GR Logistics and Terminals” və “Pasifik Eurasia A.Ş.” öz xidmətlərini təklif edirlər.
Məlumata görə, sərgidə CASCA+ marşrutunun stendinə maraq böyükdür. Stendə yaxınlaşanlar arasında Özbəkistanın nəqliyyat nazirinin müavini Jasurbek Çoriyev də olub. “ADY Konteyner” MMC-nin direktoru Natiq Cəfərov J. Çorıyevə CASCA + multimodal nəqliyyat marşrutu ilə bağlı ətraflı məlumat verib.
Bildirilib ki, marşrutun yaradılmasında məqsəd iştirakçı ölkərinin tranzit imkanlarından istifadə etməklə Çin-Avropa-Çin istiqamətində dəmiryolu ilə yükdaşımaların həcminin və səmərəliliyinin artırılmasıdır.
Sərgidə 50 -ə yaxın təşkilat və şirkət öz stendi ilə təmsil olunur.
Qeyd edək ki, CASCA + “Asiya-Sakit okean regionu ölkələri-Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa” beynəlxalq multimodal marşrutu əsasında yaradılıb. Marşrut üzrə iştirakçı ölkələrin dəmir yolları operatorlarının 5 avqust 2022-ci il tarixdə Bakıda keçirilmiş iclasında marşrutun səmərəliyinin artırılması üçün operatorların iştirakı ilə konsorsiumun yaradılması, konteynerlərin marşrut boyu izlənilməsi məqsədilə rəqəmsal platformanın hazırlanması müzakirə edilib.
Monakoda beynəlxalq toplantıda Azərbaycanın şərabçılıq, üzümçülük ənənələri barədə məlumat verilib
Azərbaycan İƏT çərçivəsində nəqliyyat, enerji və rəqəmsallaşma sahələrində əməkdaşlığı müzakirə edib - FOTO