Gələn il Milli Məclisə dövlət büdcəsindən 49 144 109 manat ayrılması nəzərdə tutulub.
“İki sahil” xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi Zərfi”ndə əksini tapıb.
Bu vəsaitin 39 636148 manatı əməyin ödənişinə, 1 540 040 manatı ezamiyyəyə, 407 425 manatı isə cari təmirə xərclənəcək.
Qeyd edək ki, bu, 2022-ci illə müqayisədə 10,6 % çoxdur. 2022-ci ildə dövlət büdcəsindən bu məqsədlə 44 395 533 manat vəsait ayrılıb.
Monakoda beynəlxalq toplantıda Azərbaycanın şərabçılıq, üzümçülük ənənələri barədə məlumat verilib
Azərbaycan İƏT çərçivəsində nəqliyyat, enerji və rəqəmsallaşma sahələrində əməkdaşlığı müzakirə edib - FOTO