İş adamlarının dövlət qurumlarına bağışladıqları daşınar əmlaka görə vergi alınmayacaq.
“İki sahil” xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergilər Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, hüquqi və fiziki şəxslər tərəfindən daşınmaz əmlakla yanaşı, daşınar əmlakın və qeyri-maddi aktivlərin də dövlət orqanlarına (qurumlarına), habelə siyahısı ölkə Prezidenti tərəfindən təsdiq edilən ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara əvəzsiz olaraq verilməsinin mənfəət (gəlir) vergisinin və ƏDV-nin məqsədləri üçün vergi tutulan əməliyyat sayılmaması, eyni zamanda bu əmlaklara görə ödənilmiş ƏDV məbləğinin əvəzləşdirilməsi təklif olunur.
Monakoda beynəlxalq toplantıda Azərbaycanın şərabçılıq, üzümçülük ənənələri barədə məlumat verilib
Azərbaycan İƏT çərçivəsində nəqliyyat, enerji və rəqəmsallaşma sahələrində əməkdaşlığı müzakirə edib - FOTO