“Qarşılıqlı qüvvədə olan sanksiyaların sayı hazırda 47-dir. Bu sanksiyaların 43-ü Rusiya-Ukrayna müharibəsi başlayandan tətbiq edilir”.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Tahir Mirkişili deyib.
Komitə sədri bildirib ki, dünyada inflyasiya gedir: “Bir çox ölkə iqtisadi böhrandan yan keçmək üçün inflyasiyanı seçir. Çünki ya iqtisadi böhran olmalıdır, ya inflyasiya...”
Komitə sədri Azərbaycanda olan vəziyyətə də diqqət çəkib: “Keçən 9 ay ərzində qeyri-neft ixracı Azərbaycanda artıb. Bu il ərzində azad olmuş ərazilərin bərpası üçün nəhəng layihələr davam etdirilib. İndiyə qədər büdcədən bu istiqamətə 4 milyard manatdan artıq vəsait ayrılıb. Azərbaycan açıq büdcə indeksində ən çox irəliləyən ölkələr sırasındadır. 2023-cü ildə bizi ciddi çağırışlar gözləyir. Hədəflərin və çağırışlara cavab vermək üçün imkanlarımız mövcuddur. Azərbaycan iqtisadiyyatında şəffaflığın artması qarşımızda duran əsas vəzifələrdən biridir. 2023-cü ilin dövlət büdcəsinin gəlirləri və xərcləri artırılır. Büdcədə xeyli yeniliklər var”.
Monakoda beynəlxalq toplantıda Azərbaycanın şərabçılıq, üzümçülük ənənələri barədə məlumat verilib
Azərbaycan İƏT çərçivəsində nəqliyyat, enerji və rəqəmsallaşma sahələrində əməkdaşlığı müzakirə edib - FOTO