2022-ci ilin oktyabr ayında Türkiyədə illik inflyasiya 85,51 faiz olub.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Statistika Komitəsinin bugünkü hesabatında deyilir.
Qeyd olunur ki, inflyasiya sentyabr ayı ilə müqayisədə 3,54 faiz, ötən ilin dekabrından bəri isə 57,8 faiz artıb.
İl ərzində ən çox nəqliyyat xidmətləri (117,15 faiz), ərzaq məhsulları (99,05 faiz) və ev əşyaları (93,63 faiz) bahalaşıb.
Sentyabr ayında Türkiyədə illik inflyasiya 83,45 faiz təşkil etmişdi.
Monakoda beynəlxalq toplantıda Azərbaycanın şərabçılıq, üzümçülük ənənələri barədə məlumat verilib
Azərbaycan İƏT çərçivəsində nəqliyyat, enerji və rəqəmsallaşma sahələrində əməkdaşlığı müzakirə edib - FOTO