03 noyabr 2022 13:58
360

Bu ilin 10 ayında büdcədə 3,8 milyard manatlıq profisit olub

"2022-ci ilin ötən dövründə büdcənin profisitli icrasını dəyərləndiririk. Belə ki, 2022-ci il üzrə dəqiqləşdirilmiş dövlət büdcəsi layihəsində 3,1 mlrd. manat kəsir nəzərdə tutulsa da, 10 ayda 3,8 mlrd. manatlıq profisit olub".

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.

“İnanırıq ki, 2023-cü ildə də gəlirlərin proqnozu üstələməsi hesabına kəsir planlaşdırıldığı kimi - 2,6 mlrd. manat az olacaq”, - deyə T.Kazımov bildirib.