"Kənd təsərrüfatı sahəsində kreditlər ən problemli portfellərdən biridir”.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.
O bildirib ki, girovsuz 50 min manata qədər kredit verilməsi problem yarada bilər: “Amma balanslaşdırma aparılması mümkündür. Banklararası köçürmələrdə komissiyaların tutulması məsələsinə də baxılacaq. Bu komissiyaların hesabına banklar nağdsız əməliyyatları təşviq edir. Yəni bunun hesabına istehlakçılara “cash back” verirlər. Bu gün Azərbaycan bu sahə üzrə regionda ən yüksək göstəricilərə sahibdir”.
Monakoda beynəlxalq toplantıda Azərbaycanın şərabçılıq, üzümçülük ənənələri barədə məlumat verilib
Azərbaycan İƏT çərçivəsində nəqliyyat, enerji və rəqəmsallaşma sahələrində əməkdaşlığı müzakirə edib - FOTO