Vergi Məcəlləsində dəyişikliklərin hazırlanması prosesində 2021-2022-ci illərdə sahibkarlıq subyektləri ilə 110-dan çox görüş keçirilib, bu görüşlərdə özəl sektordan 400-dən çox təklif alınıb.
“İki sahil” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bunu qurumun Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov bildirib.
O, Vergi Məcəlləsində 5 istiqamət üzrə dəyişikliklərin hazırlandığını, bu dəyişikliklərin biznes və investisiya mühitinin yaxşılaşdırılması, vergi inzibatçılığının sadələşdirilməsi, vətəndaşların vergi yükünün aşağı salınması kimi məsələləri əhatə etdiyini diqqətə çatdırıb.
Monakoda beynəlxalq toplantıda Azərbaycanın şərabçılıq, üzümçülük ənənələri barədə məlumat verilib
Azərbaycan İƏT çərçivəsində nəqliyyat, enerji və rəqəmsallaşma sahələrində əməkdaşlığı müzakirə edib - FOTO