04 noyabr 2022 21:07
537

YAP Xəzər rayon təşkilatının fəalları Heydər Əliyev Mərkəzini ziyarət ediblər FOTO

Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30-cu ildönümü münasibətilə partiyanın Mərkəzi Aparatı tərəfindən hazırlanmış və İdarə Heyətinin qərarı ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq YAP-ın Bakı şəhəri üzrə rayon təşkilatlarının gənc fəallarının Heydər Əliyev Mərkəzinə ekskursiyası davam edir.

“İki sahil” xəbər verir ki,  noyabrın 4-də YAP Xəzər rayon təşkilatının fəalları Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

Partiya fəalları Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlarla, əyani vəsaitlərlə tanış olublar.