07 noyabr 2022 18:58
404

YAP-ın təsis edilməsinin 30 illiyinə həsr olunmuş şahmat turniri davam edir FOTO

Noyabrın 7-də Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30 illiyinə həsr olunmuş şahmat turnirinin play-off mərhələsinə yekun vurulub.

“İki sahil” xəbər verir ki, play-off mərhələsində qalib gələn kişilər üzrə Yasamal, Quba, Saatlı, Göygöl, Hacıqabul,  qadınlar üzrə isə Nəsimi, Sumqayıt, Ağcabədi, Gəncə, Zaqatala komandalarının iştirakçıları noyabrın 12-də Bakı Gənclər Mərkəzində keçiriləcək final mərhələsində I-III yerlər üzrə mübarizə aparacaqlar.