Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyi münasibətilə Respublikanın bütün rayonlarında olduğu kimi 11 noyabr 2022-ci il tarixində Kürdəmir rayonunda ağacəkmə aksiyası keçirildi.
“İki sahil” xəbər verir ki, YAP Kürdəmir rayon təşkilatının təşkilatçılığı ilə keçirilən aksiyada Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Elxan İbrahimov, YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, rayonun idarə və müəssisə rəhbərləri, rayon təşkilatının ərazi partiya təşkilat sədrləri və çoxsaylı partiya fəalları iştirak etdilər. Kürdəmir rayonunun Bayraq Meydanı ərazisində keçirilən ağacəkmə aksiyasında Tuya və Sərv ağacı olmaqla ümumilikdə 300 ağac əkildi.
Fransanın kolonial istismar mexanizmlərinə qarşı "Korte Bəyannaməsi" qəbul edilib