Noyabrın 11-də Ağdaş rayonunda Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyinə həsr olunan ağacəkmə aksiyası keçirilib.
“İki sahil” xəbər verir ki, aksiya Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağdaş şəhəri ərazisindən keçən hissəsində Türyançay çayının sol sahilində təşkil olunub.
Əvvəlcə ağacların əkilməsi üçün nəzərdə tutulan ərazi daş və digər tullantılardan təmizlənərək əkin üçün hazır vəziyyətə gətirilmiş, quyular qazılıb. Həmin əraziyə aksiya iştirakçıları tərəfindən 300 ədəd xan çinar ağacı əkilərək suvarılıb.
Ağacəkmə aksiyasında YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov, Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini İsmayıl Yusifzadə, ərazi partiya təşkilatlarından olan gənclər, ümumilikdə 100 nəfərdən artıq partiya fəalı iştirak ediblər.
Fransanın kolonial istismar mexanizmlərinə qarşı "Korte Bəyannaməsi" qəbul edilib