12 noyabr 2022 18:46
589

COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) 665 peyvənd vurulub.

“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, birinci mərhələ üzrə peyvənd olunanların sayı 196, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 136, “buster” doza ilə peyvənd olunanların sayı 276, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 57 nəfərdir.