Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
“İki sahil” xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan "Mercedes " markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq hasara, daha sonra evə çırpılıb. Qəzada sürücü yüngül xəsarət alıb, avtomobil isə yararsız hala düşüb.
Faktla bağlı araşdırma aparılır.
Sosial şəbəkələrdə yayılan görüntülərdə əks olunan qurğu sürət ölçən cihaz deyil