15 noyabr 2022 14:18
499

Türkiyə Prezidenti Azərbaycana təşəkkür edib FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda törədilən terror aktı ilə əlaqədar rəsmi Ankaraya verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib.

“İki sahil” xəbər verir ki, bu barədə dövlət başçısı tviterdə paylaşım edib.

“İstiqlal prospektində törədilmiş terror aktını pisləyən, kədərimizi bölüşən, başsağlığı verən bütün ölkələrə və beynəlxalq təşkilatlara təşəkkür edirəm”, - o bildirib.

R.T.Ərdoğanın paylaşımında Azərbaycanla yanaşı ABŞ, Böyük Britaniya, Rusiya, Almaniya, Çin, Ukrayna və başqa ölkələrin bayraqları əksini tapıb.