15 noyabr 2022 16:36
611

Kürdəmirdə YAP-ın təsis edilməsinin 30-cu ildönümü münasibəti ilə silsisilə tədbirlər keçirilir - FOTO

Noyabrın 15-də Yeni Azərbaycan Partiyası Kürdəmir  rayon təşkilatının qərargahında partiyanın yaradılmasının 30-cu ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə YAP Kürdəmir  rayon təşkilatının sədri Ayaz Cəbrayılov, partiya fəalları  iştirak ediblər.

“İki sahil” xəbər verir ki, tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan rayon təşkilatının sədri Ayaz Cəbrayılov  Yeni Azərbaycan Partiyasının 30 il ərzində olduqca şərəfli və məsuliyyətli yol qət etdiyini, öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrildiyini diqqətə çatdırıb. 1992-ci il noyabrın 21-də respublikanın müxtəlif bölgələrindən 550 nümayəndənin iştirakı ilə Naxçıvanda keçirilən Yeni Azərbaycan Partiyasının təsis konfransının tarixi əhəmiyyətə malik olduğunu bildirib. Vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin zəngin irsi əsasında və cənab Prezident, partiyamızın sədri İlham Əliyevin rəhbərliyi altında dövlətimizin qüdrəti, beynəlxalq nüfuzu daha da  artmışdır.

Çıxış edən YAP-ın veteran üzvü Mehrab Abdurahmanov, şəhid anası Simuzər Bağıyeva qeyd ediblər  ki, Ümummilli Lider Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti sayəsində yaradılan Yeni Azərbaycan Partiyası zəngin və şərəfli inkişaf yolu keçib. Bu gün hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərir.

Sonra rayon təşkilatının sədri Ayaz Cəbrayılov Yeni Azərbaycan Partiyası  Kürdəmir  rayon təşkilatının ictimai-siyasi həyatında fərqlənən  partiya fəallarına “Fəxri Fərman”lar  təqdim edərək onları təbrik etdi  və gələcək siyasi fəaliyyətlərində  uğurlar arzuladı.