17 noyabr 2022 16:03
540

Şabranda qanunsuz ov edən şəxslərlər saxlanılıb FOTO

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayonun Hacıqaraqaşlı kəndi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.
DİN-in mətbuat xidmətinin Quba regional qrupundan “İki sahil”ə verilən xəbərə görə,rayon polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə qanunsuz ov edən rayon sakinləri Ramin Kərimov və Elşən Babayev saxlanılıblar.

Həmin şəxslərdən 2 ədəd ov tüfəngi və qanunsuz olaraq ovladıqları bataqlıq quşları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.