İsrail “Dəmir Qübbə” (“Iron Dome”) raketdən müdafiə sisteminin dəniz versiyasını sınaqdan keçirib.
“İki sahil” xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, sınaqlar dəniz bölməsi, Tədqiqat və İnkişaf İdarəsi və “Rafael Advanced Defense Systems” şirkəti tərəfindən “Sa'ar 6” korvetinin göyərtəsindən həyata keçirilib.
Bildirilib ki, bu raket sistemi müxtəlif sistemlərin inteqrasiyası yolu ilə hazırlanıb.
Baş Komandanın müavini və Baş Qərargah rəisi Qay Qoldfarbın sözlərinə görə, bu sistem dəyişən dəniz arsenalı və Hərbi Dəniz Qüvvələrinin daha geniş əməliyyat tapşırıqlarını yerinə yetirmək məsuliyyətindən yaradılıb:
“İsrail Hərbi Dəniz Qüvvələri hazırda rekord sürətlə davam edən “Sa'ar 6” korvetinin qabaqcıl əməliyyatlarının zirvəsindədir. Bu, uğurlu tutma sınaqları idi”.
"Al Mayadeen": Livan-İsrail danışıqlarının növbəti raundu payızdan tez baş tutmayacaq
Zelenski: Şimali Koreya Rusiyanın ballistik raketlərlə təchizatını davam etdirir