19 noyabr 2022 09:40
474

Leyla Abdullayeva etimadnaməsinin surətini Fransa XİN-ə təqdim etdi

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva etimadnaməsinin surətini Fransa Xarici İşlər Nazirliyinə təqdim edib.

“İki sahil” xəbər verir ki, bu barədə səfir tviterdə yazıb.

“Etimadnamələrimin surətlərini təqdim etməkdən məmnun oldum. Fransa XİN-in Dövlət Protokolu və Diplomatik Protokol Xidmətinin direktor müavini Bruno Bissona isti qarşılamaya görə təşəkkür etmək istərdim. Səmimi qarşılama üçün təşəkkür edirik, Bruno Bisson”, - səfir qeyd edib.