“Bu gün Ağdam şəhəri işğaldan azad olunmuşdur”.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) tviterində yazılıb.
“Azərbaycanın zəfər salnaməsinin şanlı səhifələrdən biri olan bu gündə bütün həmvətənlərimizi səmimi qəlbdən təbrik edir, üçrəngli bayrağımızın Azərbaycanın hər bir guşəsindən əbədi dalğalanmasını arzu edirik”, - paylaşımda deyilir.
Pakistanlı politoloq: Vaşinqton sammiti Cənubi Qafqazda real arxitektura formalaşdırır
ABŞ, Ermənistan və Azərbaycan Sülh Sammitinin ildönümü ilə bağlı Birgə Bəyanat yayıb