20 noyabr 2022 13:51
390

Britaniya səfiri Qobustan rayonuna səfər edib - FOTO

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old Qobustan rayonuna səfər edib.

“İki sahil” xəbər verir ki, bu barədə səfir tviter hesabında paylaşım edib.

Diplomat Qobustan Milli Tarix- Bədii Qoruğuna baş çəkib və palçıq vulkanlarının olduğu əraziyə baxıb.