20 noyabr 2022 17:50
472

Ağdam rayonunda zəncirvari yol qəzası baş verib

Ağdam rayonunda zəncirvari yol qəzası baş verib.

"İki sahil" Trend-ə istinadən xəbər verir ki, hadisə Quzanlı qəsəbəsi, Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, eyni istiqamətdə hərəkət edən Kamaz markalı yük maşını Mersedes markalı minik maşınına, Mersedes isə BMV markalı maşına çırpılıb. Hər iki minik maşını ciddi zərər görüb. Hadisə nəticəsində bir nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma başlanıb.