22 noyabr 2022 18:20
566

YAP-ın yaranması tarixi hadisədir FOTO

Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatı ərazi partiya təşkilatlarında yığıcaqları davam etdirir.

Noyabrın 22-də YAP Daşkəsən rayon təşkilatının S.Vurğun adına ərazi partiya təşkilatında yığıncaq keçirilib.

Tədbirdə partiyanın təsis edilməsinin 30 illiyi münasibəti ilə keçirilən ümumrespublika tədbirində Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin proqram xarakterli nitqindən irəli gələn məsələlər müzakirə olunub. 

Yığıncaqda YAP Daşkəsən rayon təşkilatının məsul işçisi Sərdar Xıdırov, ərazi partiya təşkilatının sədri Şəhla Əliyeva və başqaları çıxış edərək Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan, cənab İlham Əliyevin nitqindən irəli gələn məsələlərin əhali arasında təbliğatının aparılmasından söhbət açıblar.

Yekunda YAP sıralarına yeni qəbul olunmuş bir qrup şəxsə partiyanın üzvlük vəsiqələri təqdim olunub.

Cavid Əkbərov, "İki sahil"