23 noyabr 2022 18:01
613

“Respublikanski”nin məşhur həkimi vəfat edib - FOTO

Akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının şöbə müdiri vəfat edib.

“İki sahil” xəbər verir ki, bu barədə klinika məlumat yayıb. 

Bildirilib ki, xəstəxananın 1-ci Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Yusif Səfərov ötən gün 62 yaşında vəfat edib.