11 dekabr 2022 21:40
621

COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) 252 peyvənd vurulub.

“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, birinci mərhələ üzrə peyvənd olunanların sayı 78, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 43, “buster” doza ilə peyvənd olunanların sayı 107, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 24 nəfərdir.