24 noyabr 2022 11:37
419

Millət vəkili Naftalanda idmançılarla görüşüb - FOTO

Millət vəkili Anar Məmmədov Naftalan şəhərində idmançılarla görüşüb.

“İki sahil” xəbər verir ki, görüşdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısının müavini, şəhid ailələri, Naftalan şəhər Gənclər və İdman idarəsinin rəisi və şəhər ictimaiyyəti iştirak edib.

Daha sonra millət vəkili Naftalan şəhər Gənclər və İdman idarəsində idman ictimaiyyəti ilə görüşdü, burada mövcud potensial imkanlardan əlverişli istifadə etməklə şəhərdə idmanın hərtərfli inkişafını sürətləndirmək məqsədi ilə geniş müzakirələr aparıldı. Bildirdi ki, idmanda qazandığımız nailiyyətlər, dünya və Avropa çempionatlarında idmançılarımızın əldə etdiyi medallar və mükafatlar ölkəmizin beynəlxalq idman təşkilatlarında mövqeyinin xeyli güclənməsinə, Azərbaycanın dünyaya əsl idman ölkəsi kimi tanınmasına səbəb olub. 

İdmançılar və məşqçilər ölkədə idmanın inkişafına və idmançılara göstərilən əvəzsiz qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.     

Görüşün sonunda millət vəkili Anar Məmmədov tərəfindən idmançıların müraciətinə cavab olaraq lazımi idman avadanlıqları təqdim olunub.