24 noyabr 2022 17:14
445

Sumqayıtda minik maşını yük avtomobilnə çırpılıb FOTO

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, hadisə Bakı-Sumqayıt avtomobil yolunun Sumqayıtdan keçən hissəsində qeydə alınıb. "Opel" markalı avtomobil idarəetmənin itməsi səbəbindən yük maşınının altına girib. Qəza nəticəsində minik vasitəsinin sürücüsü hadisə yerində ölüb.

Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.