01 dekabr 2022 22:35
1663

Müşfiq Məmmədli Sumqayıtda vətəndaş qəbulu keçirib - FOTO

Milli Məclisin deputatı Müşfiq Məmmədli Sumqayıt şəhərində vətəndaş qəbulu keçirib.

“İki sahil” xəbər verir ki, Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının inzibati binasında qəbula gələn insanlar məişət, məşğulluq, sağlamlıq, mülkiyyət və digər mövzularda müraciətlər ediblər.

Deputat səlahiyyətlərinə aid olan məsələlər nəzarətə götürülüb və həlli üçün müvafiq addımlar atılıb.

Seçicilərin fərdi və ümumi problemləri dinləndikdən sonra həlli istiqamətində lazımı dövlət strukturlarına müraciətlər ünvanlanması qərara alınıb.

Qeyd edək ki, 44 saylı Sumqayıt Xızı seçki dairəsi üzrə mütəmadi olaraq vətəndaş qəbulu keçirilir.